EN

Filipp Kirkorov mühafizəçi ilə məhkəmə çəkişməsində QALİB GƏLDİ

Məhkəmə “Krokus”un mühafizəçisinin Kirkorova qarşı 2,3 milyon rublluq iddiasını təmin etməyib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhkəmə “Krokus”un mühafizəçisinin 2023-cü il sentyabrın 27-də Ani Lorakın konsertində səhnədən yıxılması ilə əlaqədar Filipp Kirkorova qarşı qaldırdığı 2,3 milyon rubl (təxminən 49 451 manat[1]) məbləğində zərərin ödənilməsi barədə iddianı təmin etməyib.

İddia tələblərindən məlum olub ki, Kirkorov konsert zamanı səhnə arxasına keçmək istəyib, lakin mühafizəçi onu buraxmaqdan imtina edib. Bu zaman müğənni onu kürəyindən itələyib və nəticədə mühafizəçi səhnədən yıxılıb.

Keçirilən məhkəmə-tibbi ekspertizalarının nəticələrinə əsasən, hadisə nəticəsində iddiaçıya hər hansı zərərin dəydiyi müəyyən edilməyib.

Qeyd edək ki, sözügedən insident baş verdiyi vaxt şou-biznes mətbuatında geniş müzakirə olunmuşdu.

Kirkorovun bu cür emosional davranışları tez-tez medianın gündəminə çevrilsə də, məhkəmənin yekun qərarı uzun müddətdir davam edən bu hüquqi çəkişməyə müğənninin xeyrinə son qoyub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
53
interpress.az

1Sources