EN

Rəşad Sadıqov deyən oldu – Rəhim Həsənov hakimləri “təmizə çıxardı”

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 24-cü turunda baş verən mübahisəli epizodları şərh edib.

Msport.az xəbər  verir ki, ən çox maraq doğuran “Zirə” – “Qarabağ” oyunundakı (1:3) qərarlar idi.

Hətta görüşdən sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov da məsələyə münasibət bildirmişdi:

Paltardəyişmə otağında həmin epizodlara yenidən baxdım. Hər ikisi penalti idi. Bu qərarların nəticəyə necə təsir edəcəyi başqa sualdır, amma bizim üçün böyük üstünlük olardı. Xüsusilə 86-cı dəqiqədəki epizodda penalti verilsəydi və hesab 2:3 olsaydı, oyun daha maraqlı keçərdi. Maraqlı olan odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiniz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil”.

Doğrudan da R.Sadıqov deyən kimi oldu. AFFA Hakimlər Komitəsinin sədri ilk epizodda “normal futbol kontaktı” olduğundan VAR meydandakı qərarı dəstəkləyir” şərhini verib.

Top Elvin Cəfərquliyevin əlinə dəyən epizodda da R.Həsənov hakimlərə haqq qazandırıb: “Topun “Qarabağ”ın futbolçusunun bədəninə bitişik sol əlinə dəydiyini aşkarlayır. Bu səbbədən VAR meydandakı qərarı təsdiqləyir”.

Qeyd edək ki, “Zirə” – “Qarabağ” matşında baş hakim Fərid Hacıyev, VAR-da isə Nicat İsmayıllı olub.

Chosen
102
msport.az

1Sources