EN

Zuğulba yolunda 50 yaşlı kişini maşın vurduVİDEO

50 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Xezerxeber.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dünən axşam saat 21:50 radələrində bu barədə çağırış daxil olub.

Çağırış ünvanına Təcili Tibbi Yardım briqadası cəlb olunsa da 1976-cı il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Yaxınlıqda yaşayanların sözlərinə görə, hadisə yerüstü piyada keçidindən kənar ərazidə baş verib.

Baş Dövlət Yol Polis İdarəsindən bildirildi ki, ötən həftənin sonu aparılan təhlillər bir sıra təhlükəli məqamları yenidən xatırlatmağı tələb edir. Belə ki, piyadalar arasında biganəlik 1 gün ərzində 3 nəfərin həyatına son qoyub.

Bildirilib ki, piyadaların üzərinə düşən ən sadə lakin həyati əhəmiyyətli başlıca vəzifə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçmələridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
75
xezerxeber.az

1Sources