EN

Britaniya Trampın tələblərini yerinə yetirməkdən imtina etdi

Britaniyanın məşğulluq və pensiya naziri Pet Makfadden bəyan edib ki, London ABŞ-nin hər bir sorğusunu, o cümlədən İranla münaqişə və Hörmüz boğazındakı hərəkətlərlə bağlı müraciətləri müstəqil şəkildə qiymətləndirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nazir Donald Trampı “çox tranzaksional” (qarşılıqlı mənfəətə əsaslanan) prezident adlandıraraq bildirib ki, Britaniya ABŞ-nin hər bir tələbi ilə razılaşmaq məcburiyyətində deyil. Onun sözlərinə görə, London və Vaşinqton arasındakı münasibətlər dərindir və istənilən ritorikadan daha uzunömürlüdür.

Xəbərdə qeyd olunur ki, Trampın müttəfiqləri Hörmüz boğazını açmaq üçün hərbi gəmilər göndərməyə çağırmasına və əks halda NATO-nun gələcəyinin “çox pis” olacağı ilə bağlı xəbərdarlığına baxmayaraq, Britaniya birbaşa münaqişə tərəfi olmaqdan çəkinir. Hazırda London bölgəyə gəmilər əvəzinə minalardan təmizləyən dronlar göndərmək variantını nəzərdən keçirir.

Sara

NOCOMMENT.az

Chosen
49
nocomment.az

1Sources