EN

ABŞ dəniz piyadalarını misli görünməmiş qırğın gözləyir – Qərb ekspertindən ŞOK PROQNOZ

Yaxın Şərqdə ABŞ dəniz piyadalarını əvvəllər görünməmiş miqyasda qanlı qırğın gözləyir

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Helsinki Universitetinin professoru Tuomas Malinen hesab edir ki, Yaxın Şərqdəki münaqişə fonunda Amerika dəniz piyadalarını əvvəllər heç vaxt görünməmiş miqyasda qanlı qırğın (“ət maşını”) gözləyir. Ekspertin sözlərinə görə, ABŞ ordusu İranla münaqişədə maksimum dərəcədə intensiv döyüşlərlə üz-üzə qalacaq.

Əlavə olaraq qeyd edək ki, hərbi analitiklər və beynəlxalq ekspertlər ABŞ-ın Yaxın Şərqdəki quru əməliyyatlarının genişlənməsinin çox sayda insan itkisinə və böyük fəlakətlərə səbəb ola biləcəyini proqnozlaşdırırlar. İranın hərbi potensialı və regiondakı coğrafi üstünlükləri bu qarşıdurmanın tərəflər üçün olduqca ağır, dağıdıcı və uzunmüddətli olacağını göstərir.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
33
interpress.az

1Sources