Binanın zirzəmisinə dolan kanalizasiya suları sakinlər üçün ciddi problemə çevrilib.
Paytaxtın 7-ci mikrorayon Abay Kunanbayev küçəsində yerləşən binanın sakinləri deyir ki, 5 aydan çoxdur zirzəmi su altında qalıb. Bu səbəbdən həm evlərə üfunət dolur, həm də həşəratlar.
Sakinlərin sözlərinə görə, zirzəmidəki suyun səviyyəsi qalxdıqca siçovullar da evlərə dolur.
Bina sakinləri bildirib ki, üzləşdikləri promlemlə əlaqədar qurumlara müraciət etsələr də nəticəsi olmayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”in sorğusunda cavab olaraq bildirildi ki, Abay Kunanbayev küçəsi 9/25 binasında vəziyyətlə bağlı Binəqədi Sukanal idarəsinə məlumat verilib. Əraziyə baxış keçiriləcək, xətlər yoxlanılacaq, zirzəmidəki suyun çəkilməsi təmin ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.