EN

Sosial şəbəkələrdə Müctəba Xameneyinin şəxsi həyatı ilə ŞOK PAYLAŞIMLAR – Gey. olaraq… – VİDEO

İranın yeni ali rəhbəri Müctəba Xameneyinin qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib olması barədə iddialar sosial şəbəkələrdə geniş müzakirə və zarafat mövzusuna çevrilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti ABŞ kəşfiyyatının hesabatlarına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, 56 yaşlı Müctəba Xameneyinin uzun illər repetitoru ilə gizli əlaqədə olduğu iddia edilir. Məlumata görə, 28 fevral hücumunda yaralandıqdan sonra onun xəstəxanada kişi tibbi heyətinə qarşı aqressiv seksual diqqət göstərməsi Ağ Evdə və Trampın ofisində də istehza ilə qarşılanıb.

ABŞ kəşfiyyat dairələri bu məlumatları “etibarlı” hesab edir və qeyd olunur ki, Müctəbanın atası Əli Xameneyi də oğlunun şəxsi həyatındakı bu məqamlardan xəbərdar olduğu üçün onun varisliyinə şübhə ilə yanaşırmış. Hazırda bu mövzu internetin müxtəlif platformalarında ən çox paylaşılan memlərin əsas mövzusudur.

Sara,
NOCOMMENT.az

Chosen
25
1
nocomment.az

2Sources