EN

AAYDA-nın "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi yollarda təmir işlərini davam etdirir » AzadMedia.az



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-nin tabeliyində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi tərəfindən bəzi ərazilərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təmir və bərpa işləri aparılır. Görülən işlər çərçivəsində xüsusilə Şamaxı rayonunun Seyid Əzim Şirvani küçəsində yol örtüyünün vəziyyətinin yaxşılaşdırılması, hərəkətin təhlükəsizliyinin artırılması və nəqliyyat axınının daha rahat təşkili məqsədilə müxtəlif texniki tədbirlər həyata keçirilir.

Mövcud şərait sürücülərin və sərnişinlərin təhlükəsiz şəkildə hərəkət etməsinə imkan verir. Hazırda yol istismarı və texniki baxış işlərinin plan üzrə davam etdirildiyi bildirilir.
Chosen
3
3
azadmedia.az

4Sources