EN

Rosenior PSJ ilə oyundan əvvəl: “Səhv etməyə haqqımız yoxdur”

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Çelsi”nin baş məşqçisi Liam Rosenior UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə keçiriləcək cavab oyunu ilə bağlı şərh verib.

İdman.Biz bildirir ki, komandaların ilk oyununda 5:2 parislilər hesabı ilə qalib gəliblər.

“İlk oyuna və ayrıca yekun hesaba baxsaq, öz səhvlərimizə görə yüksək səviyyəli oyunçular tərəfindən cəzalandırılmışıq. Keçmişdə dəfələrlə buna görə yanmışıq. Sabah səhv etmək hüququmuz yoxdur. PSJ-nin Avropa çempionu olduğunu unutmamalıyıq, amma bilirik ki, onlarla bərabər şərtlərlə rəqabət apara bilərik”, - deyə Rosenior UEFA-nın rəsmi saytında bildirib.

“Çelsi”nin baş məşqçisi həmçinin komanda kapitanı Ris Ceymsin bud əzələsindən aldığı zədə səbəbindən oyunu buraxacağını təsdiqləyib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
1
icma.az

2Sources