EN

Hörmüzdən ilk əcnəbi gəmi keçdi

İrana məxsus olmayan ilk xam neft tankerinin Hörmüz boğazından keçdiyi məlum olub. Metbuat.az xəbər verir ki, “MarineTraffic” izləmə platformasına görə, Əbu Dabinin Das xam neftini daşıyan Aframax sinifli Karaçi tankeri Hörmüz boğazından keçib. Məlumata görə, bu, İranın Hörmüz boğazını bağladığını elan etməsindən sonra oradan keçən ilk əcnəbi gəmi olub. Bildirilir ki, Pakistan bayrağı altında üzən tanker Hörmüz boğazından keçərək, Oman körfəzinə istiqamət alıb.

Qeyd edək ki, ABŞ-İsrail birgə hücumlarına cavab olaraq İranın Hörmüz boğazını bağladığını elan etmişdi. Ərazidən təkcə iran gəmiləri keçirdi. İran bir neçə ABŞ gəmisini hədəfə aldığını bəyan etmişdi.

Chosen
32
metbuat.az

1Sources