EN

Bütün Kuba qaranlığa qərq OLDU

Kuba Milli Elektroenergetika İttifaqının sosial şəbəkələrdə verdiyi məlumata görə, bütün Kuba elektrik enerjisiz qalıb.

Redaktor.az bu barədə "RBC"ya istinadən xəbər verir.

"Milli elektroenergetika sistemində elektrik enerjisinin tam kəsilməsi baş verib. Elektrik təchizatının bərpası üçün tədbirlər görülür", - deyə məlumatda bildirilir.

"Blekaut" (elektrik enerjisinin kütləvi kəsilməsi) ABŞ-nin adaya qarşı tətbiq etdiyi neft blokadası fonunda baş verib. Son aylarda ölkədə yanacaq tədarükündə və elektrik enerjisində mütəmadi olaraq fasilələr qeydə alınır.

Chosen
31
5
redaktor.az

7Sources