EN

Avropanı titrədən üçlük: "Bayern"in ulduzlarından 130 qolluq töhfə

Almaniya nəhəngi "Bayern Münhen"in hücum xətti cari mövsümdə nümayiş etdirdiyi məhsuldarlıqla bütün Avropanı heyrətə gətirməyə davam edir.

Fanat.Az xÉ™bÉ™r verir ki, komandanın ulduz futbolçuları Harri Keyn, Luis Dias vÉ™ Maykl Olise üçlüyü ümumilikdÉ™ 130 qolda birbaÅŸa iÅŸtirak edÉ™rÉ™k fantastik nÉ™ticÉ™yÉ™ imza atıblar.

Statistik göstəricilərə əsasən, bu möhtəşəm üçlük rəqib qapılarından 81 qol keçirib, 49 məhsuldar ötürmə ilə yadda qalıb. Komandanın əsas qol silahı olan Herri Keyn 45 qol və 5 asistlə zirvədə qərarlaşdığı halda, Luis Dias 21 qol və 17 asist, gənc istedad Maykl Olise isə 15 qol və 27 asistlik performans sərgiləyib.

Bu rəqəmlər Vinsent Kompaninin rəhbərliyi altında "Bavariya"nın hücum potensialının nə dərəcədə qorxulu olduğunu bir daha sübut edir.

Chosen
12
1
fanat.az

2Sources