Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə də gicitkən şorbası yeməsi ilə gündəmə gəlib.
"Cebheinfo.az" xəbər verir ki, o, sosial şəbəkə hesabında video paylaşıb.
“Yaz gecikir, amma gicitkən şorbası gecikmir”, - deyə paylaşımda bildirib.
Qeyd edək ki, Nikol Paşinyan son dövrlər bölgə səfərlərində yediyi yeməkləri (qarğıdalı, lavaş, pirojki, lavaş və s.) mütəmadi olaraq paylaşmaqla sosial mediada müzakirə mövzusuna çevrilib.
"Cebheinfo.az"