EN

Rəhman Samokun seriyasını qırdı

“Turan Tovuz”un qapıçısı Sergey Samokun Misli premyer-liqasındakı quru seriyası qırılıb.

"Football-plus.az" xəbər verir ki, rusiyalı qolkiper mövsümdə ilk qolunu 24-cü turun “Kəpəz”lə səfər matçında (1:1) buraxıb.

Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qolkiper sonuncu dəfə 2024/25 mövsümünün 34-cü turunda qol buraxıb. O, “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib.

Hacıyevin qoluna qədər Sergey 812 quru dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atan 9-cu "əlcək sahibi" olub.

1. Nizami Sadıqov (Turan) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Bakı) – 985
3. Xalidu Sissoko (Bakı) – 971
4. Camaləddin Əliyev (Qarabağ) – 958
5. Pavel Doroşev (Qəbələ) – 952
6. Elxan Həsənov (Neftçi) – 943
7. Dmitri Bezotosnı (Qəbələ) - 915
8. Boyan Pavloviç (Qarabağ) – 828
9. Sergey Samok (Turan Tovuz) - 812

Chosen
7
1
football-plus.az

10Sources