EN

Messi karyerasını “Barselona”da davam etdirə bilər

Hazırda Səudiyyə Ərəbistanının “Neom” klubunda icarə əsasında çıxış edən “Strasburq”un yarımmüdafiəçisi Rayan Messi karyerasını “Barselona”da davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə “Barselona”, “Bayern” və PSJ maraqlanır.

İddia olunur ki, “Strasburq”la ortaq mülkiyyətə malik “Çelsi” fransalı futbolçunu komandaya gətirmək planlarını sürətləndirə bilər.

London klubu onu gələcək layihələrinin ayrılmaz hissəsi hesab edir və onu əldən buraxmaq istəmirlər.

Messi bu mövsüm bütün yarışlarda 22 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Strasburq”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Chosen
44
sportinfo.az

1Sources