EN

Gecə gələn iştahın səbəbi açıqlandı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Daimi yuxu çatışmazlığı orqanizmdə hormonal balansı pozaraq gecə saatlarında yemək istəyi yaradır. Professor Eduard Yakupov bildirir ki, gecə yarısı oyanmaq və ya vaxtında yatmamaq bədənin stress səviyyəsini artırır.Demokrat.az-ın məlumatına görə normalda yuxu hormonu olan melatonin axşam saatlarında ən yüksək həddə çatmalı, stress hormonu olan kortizol isə minimuma enməlidir. Lakin insan kifayət qədər yatmadıqda və ya yuxu zamanı nəfəs kəsilməsi (apnoe) yaşadıqda beyin bunu təhlükə kimi qəbul edir. Nəticədə kortizolun səviyyəsi gecə saatlarında kəskin yüksəlir ki, bu da bir növ "zəncirvari reaksiya"ya səbəb olur.Bu hormonal pozuntu insulin həssaslığını dəyişir, piylərin parçalanmasını ləngidir və gecə iştahını gücləndirir. Eyni zamanda yuxusuzluq testosteronun səviyyəsinin düşməsinə də gətirib çıxarır. Beləliklə, yuxu rejiminə riayət etməmək təkcə yorğunluğa deyil, həm də çəki artımına və maddələr mübadiləsinin pozulmasına zəmin yaradır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
87
demokrat.az

1Sources