EN

İranın daha bir generalı məhv edildi FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Fars əyalətində Bəsic qüvvələrinin “Fəcr” bölməsinin rəhbəri, briqada generalı İbrahim Mortəzəvi-Nəsəb Şiraz şəhərində öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın müxalifət mediası məlumat yayıb.

Bildirilir ki, etiraz aksiyalarının yatırılması zamanı sərt davranışı ilə tanınan Mortəzəvi-Nəsəb bir neçə əməkdaşı ilə bərabər silahlı hücum nəticəsində həyatını itirib.

Mortəzəvi-Nəsəb regionun təhlükəsizlik strukturlarında əsas fiqurlardan biri hesab olunurdu. Son illərdə o, Şiraz və ətraf şəhərlərdə baş verən etirazların yatırılması əməliyyatlarına rəhbərlik edib və tez-tez etirazçılara qarşı zorakılıq tətbiqi ilə gündəmə gəlib.

Hadisədən sonra Şirazda internetin tamamilə kəsildiyi və mobil rabitədə ciddi fasilələrin yarandığı bildirilir. Ekspertlərin fikrincə, hakimiyyət hücumla bağlı görüntülərin və məlumatların yayılmasının qarşısını almaq üçün internetə məhdudiyyət tətbiq edib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
globalinfo.az

1Sources