EN

Sürücüləri bəlaya salan yol: Qazandığımızı maşına xərcləyirik VİDEO

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xətai rayonunun Sədi Musayev küçəsində bir müddət əvvəl kanalizasiya xəttində aparılan işlərlə əlaqədar asfalt örtüyü qazılıb.

Kanalizasiya xəttindəki işlər tamamlandıqdan sonra isə yolun asfalt örtüyü bərpa edilməyib və olduğu kimi saxlanılıb. Tək istiqamətli yolun böyük bir hissəsi hazırda yararsız vəziyyətdədir ki, bu da avtomobillərin hərəkətinə ciddi maneələr yaradır.

Sürücüləri bəlaya salan yol: "Qazandığımızı maşına xərcləyirik" - VİDEO

"Bütün gün yollardayıq, əziyyət çəkirik. Baxan var, deyirlər düzələcək. Şəhərin mərkəzində yolların belə vəziyyətdə olması nə dərəcədə düzgündür? Az qala qəza edirdim. Kiçik avtomobillə gedəndə altını vururuq. Qazandığımızı maşına xərcləyirik", - deyə sürücülərdən biri Baku TV-yə bildirib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, qeyd olunan ərazidə içməli su xətti çəkilib və hazırda birləşmə işləri aparılır. Layihənin icrası başa çatdıqdan sonra asfalt örtüyü bərpa olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
77
1
oxu.az

1Sources