EN

Estoniya səfiri Yunanıstanda gəmi qəzasında yaralandı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yunanıstanın Kastellorizo adası sahillərində Avropa İttifaqının "Frontex" sərhəd agentliyinə məxsus gəmi batıb.

Oxu.Az xəbər verir ki, bu barədə ERT telekanalı məlumat yayıb.

Gəmidə beş nəfər olub. Dörd Estoniya vətəndaşı, o cümlədən bu ölkənin Afinadakı səfiri və "Frontex"i təmsil edən yunan sahil mühafizə zabiti. Onların hamısı təxliyə ediliblər.

Dörd yaralı helikopterlə Rodos adasındakı xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

İlkin məlumata görə, gəmi limana daxil olarkən və ya oradan çıxarkən qayaya çırpılandan sonra çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
74
oxu.az

1Sources