EN

Tramp siyasətdə Ceyk Pola dəstəyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp amerikalı boksçu və bloqçu Ceyk Polun potensial siyasi karyerasına dəstək olduğunu bildirib.

İdman.Biz-in “Bloody Elbow”a istinadən verdiyi məlumata görə, Tramp idmançıda siyasi potensial gördüyünü qeyd edib.

“Sadəcə demək istəyirəm ki, yaxın gələcəkdə siyasi vəzifəyə namizəd olacağınıza inanıram, aydındır? Və mən sizi tam dəstəkləyirəm”, - deyə Tramp bildirib.

Ceyk Polun 29 yaşı var. O, peşəkar boksda debütünü 2020-ci ilin yanvar ayında edib. Onun 12 qələbəsi var, bunlardan yeddisi nokautla, ikisi isə məğlubiyyətlə nəticələnib.

İdman.Biz
Chosen
95
1
idman.biz

2Sources