EN

“Orada kiminlə danışacağımızı bilmirik, çünki əksəriyyəti ölüb”

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İranla müharibə uzun sürməyəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Vitse-prezident Ceyms Devid Venslə birlikdə keçirilən prezident sərəncamının imzalanma mərasimində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

“Düşünmürəm ki, bu bir həftəyə bitəcək, amma tezliklə başa çatacaq. O zaman dünya daha təhlükəsiz bir yer olacaq”, - qeyd edib.

ABŞ Prezidenti bildirib ki, Vaşinqton İranın hərbi imkanlarını böyük ölçüdə məhv edib:

Əks halda vəziyyət daha təhlükəli mərhələyə keçə bilərdi. Əgər bu addımlar atılmasaydı, proses nüvə müharibəsinə, hətta üçüncü dünya müharibəsinə çevrilə bilərdi”.

Tramp çıxışında qlobal enerji təchizatı baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında yaranmış böhrana da toxunub. O, boğazdan enerji daşıyan ölkələri ABŞ-yə hərbi dəstək göstərməyə çağırıb.

ABŞ Prezidenti xüsusilə enerji ehtiyaclarının böyük hissəsini bu marşrut vasitəsilə təmin edən ölkələrin boğazın açıq qalması üçün məsuliyyət daşıdıqlarını vurğulayıb.

Tramp qeyd edib ki, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələr enerji ehtiyaclarının böyük hissəsini bu boğaz vasitəsilə ödəyir.

“Onlar yalnız bizə təşəkkür etməməli, həm də bizə kömək etməlidirlər. Məni təəccübləndirən odur ki, bunu etmək istəmirlər. Bununla belə, bizi dəstəkləyən bəzi ölkələr var və mən tezliklə onların adlarını açıqlayacağam”, - deyə o bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, ABŞ qüvvələri İranın mina yerləşdirmək üçün istifadə etdiyi onlarla gəmini vurub. Bununla belə, Tramp boğazda, həqiqətən, mina yerləşdirilib-yerləşdirilmədiyi ilə bağlı hələ də dəqiq məlumat olmadığını qeyd edib.

“Biz hələ də boğazda minaların olub-olmadığını bilmirik. Lakin belə bir ehtimalın özü belə milyardlarla dollarlıq gəmilərə sahib olan insanları qorxudur”, – deyə o vurğulayıb.

İranla müharibənin bir həftə ərzində bitib-bitməyəcəyi ilə bağlı suala cavab verən Tramp bunun mümkün görünmədiyini, lakin münaqişənin tezliklə başa çatacağını bildirib.

ABŞ Prezidenti həmçinin İranın nüvə silahı əldə edəcəyi təqdirdə əvvəlcə İsrailə, daha sonra isə bütün Yaxın Şərq regionuna hücum edə biləcəyini iddia edib. Onun sözlərinə görə, Tehran regionu nəzarətə götürmək məqsədilə müharibəyə qoşulması gözlənilməyən ölkələrə belə minlərlə raket atır.

Tramp digər açıqlamasında İranın Körfəz ölkələrinə hücumundan “şoka düşdüklərini” bildirib. O, bunun əvvəlcədən proqnozlaşdırılmasının çətin olduğunu deyib.

“Bunu heç bir mütəxəssis proqnozlaşdıra bilməzdi. Sual budur ki, bunu bilməli idikmi? Bilsəydik belə, yenə də etməli olduğumuzu etməli idik”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp İranla davam edən prosesi “böyük şahmat oyunu” ilə müqayisə edib və İranın bu prosesdə müəyyən qədər ağıllı addımlar atdığını gördüyünü bildirib.

Digər tərəfdən, o, İranın Ali Lideri Müctəba Xamenei ilə bağlı yayılan məlumatlara da toxunub. Tramp bəzi mənbələrin onun öldüyünü, digərlərinin isə ağır yaralandığını iddia etdiyini qeyd edib.

“Orada kiminlə danışacağımızı bilmirik, çünki liderlərinin əksəriyyəti ölüb”, – deyə Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
59
qafqazinfo.az

1Sources