EN

Çin ABŞ ilə bir sıra ticarət məsələlərinin ilkin razılaşdırıldığını açıqlayıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

Çin və ABŞ ikitərəfli iqtisadi-ticari münasibətlərlə bağlı bəzi məsələlər üzrə ilkin razılığa gələ biliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin nümayəndə heyətinin danışıqlardakı rəhbəri, ticarət nazirinin müavini Li Çenqan bildirib.

İki ölkənin nümayəndə heyətləri arasında görüşlər martın 15–16-da Parisdə keçirilib. Danışıqlar ABŞ Prezidentinin ayın sonuna planlaşdırılan, lakin Yaxın Şərqdəki hərbi əməliyyatlar səbəbindən təxirə salına biləcək Çinə səfəri ərəfəsində baş tutub.

Li Çenqanın sözlərinə görə, tərəflər məsləhətləşmələr apararaq bəzi mühüm iqtisadi-ticari məsələlər üzrə “ilkin konsensus” əldə edə biliblər.

“Növbəti addım məsləhətləşmələrin davam etdirilməsi olacaq”, – deyə Çin rəsmisi qeyd edib.

O, keçirilən məsləhətləşmələri “dərin, açıq və konstruktiv” adlandırıb. Onun sözlərinə görə, tərəflər ABŞ və Çin arasında sabit ticarətin həm iki ölkə, həm də dünya üçün vacib olduğu barədə ortaq mövqedədirlər.

Bununla yanaşı, Çin nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Pekin Vaşinqtonun Çin mallarına qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları hələ də qəbuledilməz hesab edir və onlara qarşı çıxır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
azertag.az

2Sources