EN

İraq və BƏƏ-də neft yataqları vuruldu…



İraqın ən böyük enerji obyektlərindən biri olan Bəsrədəki Məcnun neft yatağına dron hücumu edilib.

Məlumatlara görə, neft yatağı ardıcıl olaraq bir neçə dron hücumlarına məruz qalıb. Neft yatağında çalışan xarici işçilərin hücumdan əvvəl ərazini tərk etdiyi bildirilib.

Hücumun görüntüləri sosial mediada paylaşılıb.

İraq hakimiyyəti hələlik hücumla bağlı şərh verməyib.

Bundan başqa Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) də bir neft yatağı hücuma məruz qalıb. Hər iki neft yatağında hücumdan sonra güclüyanğın başlayıb.

Xatırladaq ki, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq Körfəz ölkələri və İsrail ərazilərinə ardıcıl dron və raket hücumları həyata keçirir.

Tahir TAĞIYEV

Chosen
45
baki-xeber.com

1Sources