EN

“Aston Martin” komandaya yeni rəhbər axtarır

Məşhur ispan jurnalist Antonio Lobato Britaniyanın “Aston Martin” komandasında liderlik dəyişikliyinin baş verə biləcəyini bildirib.

“Aston Martin” hazırda liderdən məhrumdur. Bilirəm ki, onlar yeni komanda rəhbəri axtarırlar”, Lobato bildirib.

İdman.Biz-in məlumatına görə, 2025-ci ilin noyabr ayında komandanın sahibi Lourens Stroll yenidənqurma elan edib:

2025-ci ilin mart ayında komandaya qoşulan Edrian Nyui idarəedici texniki tərəfdaş və komanda rəhbəri vəzifəsini icra etməyə başlayıb.

2025-ci ilin yanvar ayından bəri bu vəzifəni tutan Endi Kouell “Honda”, “Aramco” və “Valvoline” ilə əlaqədən məsul olan baş strategiya direktoru vəzifəsinə yüksəldilib.

Lobatonun məlumatı təsdiqlənərsə, bu, Strollun bir il yarım ərzində komandaya üçüncü rəhbər axtardığı anlamına gələcək.

İdman.Biz
Chosen
53
1
idman.biz

2Sources