Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Çin və ABŞ arasında iqtisadi-ticari münasibətlərlə bağlı bir sıra məsələlər üzrə ilkin razılıq əldə olunub.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Çin nümayəndə heyətinin rəhbəri, ticarət nazirinin müavini Li Çenqan məlumat verib.
Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar martın 15-16-da Paris şəhərində keçirilib. Görüşlər ABŞ Prezidentinin ayın sonuna planlaşdırılan Çin səfəri ərəfəsində baş tutub. Bildirilir ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar səbəbindən həmin səfərin təxirə salınması ehtimalı da var.
Li Çenqan qeyd edib ki, tərəflər aparılan məsləhətləşmələr nəticəsində bir sıra mühüm iqtisadi və ticarət məsələləri üzrə “ilkin konsensus” əldə edə biliblər.
“Növbəti mərhələdə məsləhətləşmələr davam etdiriləcək”, – deyə Çin rəsmisi vurğulayıb.
O, danışıqları “dərin, açıq və konstruktiv” kimi qiymətləndirərək bildirib ki, tərəflər ABŞ və Çin arasında sabit ticarət əlaqələrinin həm iki ölkə, həm də qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıdığı barədə ortaq mövqedədirlər.
Bununla yanaşı, Çin nümayəndə heyətinin rəhbəri əlavə edib ki, Pekin Vaşinqtonun Çin məhsullarına qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları qəbuledilməz hesab edir və bu siyasətə qarşı çıxmaqda davam edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.