EN

Pezeşkian Müctəba Xameneinin ali lider seçilməsinə qarşı olub...-Heç Əli Xamenei özü də...- "The Telegraph"

İranın mərhum ali dini lideri Əli Xameneinin oğlu- yeni ali dini lider Müctəba Xamenei ABŞ və İsrailin hücumu zamanı az qala öldürüləcəkmiş, lakin şans onun həyatını xilas edib. Qərb mediası bu barədə İran siyasi dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, Britaniyanın "The Telegraph" qəzetinin məlumatına görə, andiçmə mərasimindən bir müddət əvvəl kiçik Xamenei rəsmi tədbirin planlaşdırıldığı kompleksdə olub. Həmin anda obyekt ABŞ və İsrailin hücumunun bir hissəsi olaraq vurulub. Lakin hücumdan bir neçə dəqiqə əvvəl Müctəba Xamenei binanın yanındakı bağda qısa bir gəzintiyə çıxıb. Mənbələrin iddia etdiyi kimi, onu xilas edən məhz bu qərarı olub. Hücum baş verəndə o, binanın xaricində olduğundan zərər çəkməyib.
 
Hadisə Əli Xameneinin ölümündən sonra İranda şiddətli hakimiyyət mübarizəsi fonunda baş verib. "The New York Times" qəzetinin məlumatına görə, bir həftə ərzində İran hakimiyyəti daxilində yeni ali liderin seçilməsi ilə bağlı gərgin siyasi mübarizə gedib. Prezident Məsud Pezeşkianın və bir neçə yüksək vəzifəli məmurun rəhbərlik etdiyi mötədil düşərgə Tehranın xarici siyasət kursunu dəyişdirə biləcək güzəştli bir namizəd irəli sürməyə çalışıb. Lakin İslam İnqilabı Keşikçiləri Korpusu sərt xətt yanaşması və hakimiyyətin davamlılığını müdafiə edərək Müctəba Xameneinin təyin edilməsində israr edib.
 
Müzakirələr zamanı Əli Xameneinin "gizli vəsiyyəti" ilə bağlı məlumatlar da ortaya çıxıb. Ən yaxın silahdaşlarının sözlərinə görə, mərhum lider sülalə varisliyini 1979-cu il İslam İnqilabının prinsiplərinə zidd hesab edərək hakimiyyətin oğluna ötürülməsinə qarşı çıxıb.
 
Buna baxmayaraq, İranın güc bloku məqsədlərinə çatıb. 8 martda ekspertlər Məclisi təcili səsvermə keçirib və nəticədə Müctəba Xamenei 88 səsdən 59-nu toplayaraq İranın üçüncü ali lideri seçilib.
 
S.Laçın
Chosen
99
17
moderator.az

10Sources