EN

İstefası tələb edilən Tedesko barədə qərar verildi

“Fənərbaxça” Domeniko Tedeskonu istefaya göndərməyəcək. Metbuat.az xəbər verir ki, klub mövsümün sonuna qədər məşqçi ilə davam etməyə qərar verib. "Sabah" qəzetinin məlumatına görə, “Fatih Karagümrük” klubuna səfərdə 0-2 hesablı məğlubiyyətdən sonra “Fənərbaxça”da Tedeskonun istefaya göndərilməsi müzakirə edilib. Oyundan sonra klub prezidenti Sadettin Saran Tedesko ilə görüşüb. Məşqçi motivasiyanın itdiyini və komandadakı bəzi oyunçuların oyunundan məmnun olmadığını bildirib. Ardınca klub nümayəndələri Tedesko ilə bağlı toplantı keçirib. Bildirilir ki, klubun bəzi nümayəndələri məşqçinin istefaya göndərilməsini dəstəkləyib, bəziləri isə mövsümün sonuna qədər qalmasına dəstək verib.

Məlumata görə, 4 milyon avro məvacib alan Tedeskonun təzminat məbləği 6 milyon avrodur. Bu yüksək məbləğə görə klub istefa məsələsində geri çəkilib.

Chosen
26
metbuat.az

1Sources