EN

Azərbaycanda benzin və dizelin qiyməti son 10 ildə necə dəyişib? İNFOQRAFİKA

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda benzinin qiyməti Tarif Şurasının qərarları əsasında tənzimlənir. Bu tənzimləmə isə makroiqtisadi göstəricilər, dünyadakı yanacaq qiymətlərinin dəyişməsi kimi amillərdən asılı olaraq artır. Son illər ərzində, xüsusilə, 2013-2025-ci illər ərzində benzin qiymətlərində bir neçə dəfə dəyişiklik olub.Bizim.Media benzinin qiymətlərinin son illər ərzində necə dəyişdiyini araşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixində keçirilmiş növbəti iclasında Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik müəyyən edilib.Tarif (qiymət) Şurasının 14 iyul 2017-ci il tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.2021-ci il yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.Tarif Şurası tərəfindən açıqlanıb ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.12 dekabr 2025-ci ildə Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib. Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.Yəni, 2013-cü illə müqayisədə dizelin qiymətində 50 qəpik, Aİ-92 markalı benzinin qiymətində 45 qəpik, Aİ-95 markalı benzinin qiymətində isə 80 qəpik artım qeydə alınıb.Naibə Məmmədova, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
bizim.media

2Sources