EN

Ermənistan müxalifəti baş nazir postuna Köçəryanın namizədliyini irəli sürdü

Robert Köçəryan Ermənistan müxalifətindəki "Hayastan" blokunun baş nazir postuna namizədi olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, namizədliklə bağlı qərar bu gün İrəvanda Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində keçirilən mərasimdə elan edilib.

 

Beləliklə, "Ermənistan" bloku bu il iyunun 7-də keçiriləcək parlament seçkilərinə Robert Köçəryanın rəhbərliyi ilə qatılacaq.

 

Blokun seçki kampaniyasının şüarı "Birlikdə bacaracağıq"dır.

Chosen
72
1
senzor.az

10Sources