EN

“İslam dinində qara bayram ənənəsi yoxdur”

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Xalqımızın qədim ənənəsinə görə, vəfat edən şəxsin ölüm tarixindən sonra gələn ilk bayram günü Qara bayram adlanır. Bu gündə bəzi insanlar vəfat edən yaxınlarını yad etmək üçün qəbiristanlıqları ziyarət edir, məzarları təmizləyir, qəbir üstünə şirniyyat qoyurlar. 

Görəsən, bu ənənənin islam dinində yeri nədir?

Mövzu ilə Gununsesi.info–ya danışan ilahiyyatçı Tural İrfan qeyd edib ki, İslam dinində belə bir ənənə və ya qayda yoxdur.

“Qəbir üstünə qoyulan məhsullar çox vaxt quşlar və ya digər vəhşi heyvanlar tərəfindən dağıdılır və qəbiristanlıqda natəmizlik yaranır. Bu kimi hallar həm israf baxımından günah sayılır, həm də qəbiristanlıqların bu vəziyyətə salınması islamın buyuruqlarına və ənənələrinə ziddir.

Həzrəti Peyğəmbər (s) buyurub ki, məzarlıqlar axirəti yad etmək üçündür. İslam dini belə bir göstəriş vermir. Yəni islam qaydasına görə qəbir ziyarəti zamanı mərhumlar üçün Allaha dua edilməli, onların bağışlanması dilənməlidir.

Qədim türk ənənələrində isə qəbir üstünə qida məhsulları qoyulması halları olub. Bunun məqsədi ondan ibarət idi ki, yoldan keçən dərvişlər, yolçular və ya çöldə qalmış insanlar, eləcə də heyvanlar bundan istifadə etsinlər. Bunun savabının mərhumun ruhuna çatacağı düşünülürdü.

Müasir dövrdə isə belə bir ehtiyaca qalmayıb. Əgər kiməsə yardım etmək lazımdırsa, bu artıq birbaşa şəkildə edilir. Eyni zamanda bugünkü qəbiristanlıqlar da qədim dövrlərdə olduğu kimi deyil. Buna görə də bu cür qida məhsullarının qəbir üstünə qoyulmasına ehtiyac yoxdur”.

Günay 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
icma.az

1Sources