EN

Bu çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkarlandı

Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Hüseynov İlham Abbasqulu oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, divar və tavan səthlərinin tamlığının pozulduğu, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablarda saxlanılmadığı, birdəfəlik nəzərdə tutulmuş qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu, qida məhsulları ilə təmasda olan taxta altlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı və sənədləşdirilmədiyi, əllərin yuyulması üçün sahələr müvafiq qaydada yerləşdirilmiş əlyuma çanaqları ilə təchiz olunmadığı aşkarlanıb.

Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuşdur. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.

Chosen
50
13
far.az

10Sources