EN

İranın yeni lideri ölümdən təsadüfən xilas olub

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İranın Ali rəhbəri yalnız hücumdan əvvəl iqamətgahdan bağa keçdiyi üçün raket zərbəsindən qurtula bilib”.

Reyting.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti İranın yüksək rütbəli rəsmisi Mazaher Hüseyninin SEPAH komandirlərinə müraciətinə istinadla məlumat yayıb.

Həmin raket zərbəsi nəticəsində həlak olan ayətullah Əli Xamnəinin ofisinin rəhbəri vəzifəsini icra edən Hüseyni yeni lider Müctəbanın sağ qalmasının yalnız “Allahın iradəsi” ilə olduğunu vurğulayıb. Hücumdan bir qədər əvvəl o, hansısa tapşırığı yerinə yetirmək üçün bağçaya çıxıb və həmin an raket binaya dəyib. Nəticədə o, ayağından yüngül yara alıb, həyat yoldaşı Zəhra Hadad Adel və oğlu isə dağıntılar altında qalaraq ölüb.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
reyting.az

1Sources