EN

"Bizi birbaşa müharibəyə sürükləmək istəyirdilər"

Yazını böyüt
Yazını kiçilt

Biz daim müdafiə rejimindəyik və özümüzü, ilk növbədə ölkəmizi təxribatla məşğul olan, sülhü və sabitliyi pozmaq istəyən siyasi qüvvələrdən qoruyuruq.

Hafta.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalında müxalifətlə debat zamanı bildirib.

Hökumət başçısı qeyd edib ki, ölkədə qütbləşmə xaricdən dəstəklənir və Gürcüstan dövlətinə, kilsəyə və müqəddəs olan hər şeyə qarşı qəsdən nifrət səpilir:

“Kifayət qədər təzyiqə baxmayaraq, bizi birbaşa müharibəyə sürükləmək, sanksiyalar tətbiq etməyə və könüllü döyüşçülər göndərməyə çağırırdılar. Daha sonra haqsız yerə bizə namizəd statusu vermədilər, şəffaflıq qanununu isə Rusiya qanunu adlandırdılar. Bütün bunlara baxmayaraq, ölkə güclənir, iqtisadi və siyasi cəhətdən inkişaf edir, suverenliyimiz möhkəmlənir. Belə şəraitdə uğur qazanmaq asan deyil, amma nəticədə sülhü və sabitliyi qoruyub saxlaya bilirik”.

Chosen
17
hafta.az

1Sources