EN

“Əfqanıstan və Pakistan ən qısa vaxtda danışıqlar masasına qayıtmalıdır”

Yazını böyüt
Yazını kiçilt

“Çin ümid edir ki, Əfqanıstan və Pakistan təmkinli olacaq, mümkün qədər tez birbaşa əlaqə quracaq və atəşkəsə razılaşacaq, fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcəklər”.

Hafta.az yazır ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib.

XİN sözçüsü vurğulayıb ki, Əfqanıstan və Pakistan həmişə qonşudur və qonşu olaraq da qalacaq. O, əlavə edib ki, hazırda prioritet eskalasiyanın qarşısını almaq və mümkün qədər tez danışıqlar masasına qayıtmaqdır.

Lin Cianın sözlərinə görə, Çin xarici işlər naziri Vanq Yi son bir neçə gün ərzində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar və Əfqanıstan xarici işlər naziri Əmir Xan Müttəqi ilə ayrıca telefon danışıqları aparıb.

O, həmçinin qeyd edib ki, Çin Xarici İşlər Nazirliyinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi vasitəçilik məqsədilə Əfqanıstanla Pakistan arasında hərəkət edir, Çinin Pakistan və Əfqanıstandakı səfirlikləri hər iki tərəflə sıx əlaqə saxlayır.

Lin Cian bildirib ki, hər iki ölkə Çinin aktiv vasitəçilik səylərini yüksək qiymətləndirir.

“Çin barışığı təşviq etmək və tərəflər arasında gərginliyi azaltmaq üçün fəal səylər göstərməyə davam edəcək”, - diplomat qeyd edib.

Chosen
26
hafta.az

1Sources