EN

Xocavəndə Böyük Qayıdış: Püşkatma mərasimi keçirildi / FOTOLAR

Xocavənd rayonunun Xocavənd kəndinə köçlə bağlı püşkatma mərasimi keçirilib. Tədbirdə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı mühüm mərhələ reallaşıb.

QHT.az xəbər verir ki, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov da mərasimdə iştirak edərək prosesi müşahidə edib.

Mərasim zamanı Xocavənd sakinləri Ali Baş Komandana, Azərbaycan ordusuna və qazilərə minnətdarlıqlarını ifadə edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək onlara rəhmət diləyiblər.

Anar Xəlilov bildirib ki, yurdlarına qayıdan vətəndaşların sevincini bölüşmək qürurvericidir. O, İctimai Şura adından keçmiş məcburi köçkünləri təbrik edərək, onların doğma torpaqlarda firavan və təhlükəsiz həyat sürmələrini arzulayıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində mərhələli şəkildə köç davam etdirilir. Xocavənd kəndinə qayıdan sakinlər üçün müasir infrastruktura malik yaşayış şəraiti yaradılıb.

 

Pərvanə Fərhadqızı

Chosen
24
qht.az

1Sources