EN

Dünya bazarında neft bahalaşır

Dünya bazarında neft bahalaşır.

Banco.az xəbər verir ki,  Londonun ICE Futures birjasında may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,53 dollar (2,52%) artaraq bir barel üçün 102,74 dollara çatıb.

Bazar ertəsi günü isə Brent markalı neftin qiyməti 2,93 dollar (2,84%) azalaraq bir barel üçün 100,21 dollara düşüb.

Bu vaxta qədər Nyu-York Ticarət Birjasında (NYMEX) aprel fyuçerslərinin qiyməti 2,02 dollar (2,16%) artaraq bir barel üçün 95,52 dollara çatmışdı.

Əvvəlki sessiyada müqavilə 5,21 dollar (5,28%) azalaraq bir barel üçün 93,50 dollara düşmüşdü.

Chosen
7
banco.az

1Sources