Robert Köçəryan Ermənistan müxalifətindəki "Hayastan" blokunun baş nazir postuna namizədi olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, namizədliklə bağlı qərar bu gün İrəvanda Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində keçirilən mərasimdə elan edilib.
Beləliklə, "Ermənistan" bloku bu il iyunun 7-də keçiriləcək parlament seçkilərinə Robert Köçəryanın rəhbərliyi ilə qatılacaq.
Blokun seçki kampaniyasının şüarı "Birlikdə bacaracağıq"dır.