EN

"Borussiya" Rokkonu klub tarixində rekord qiymətə satdı - MƏBLƏĞ

Bundesliqanın ortabablarından olan "Borussiya Mönhenqladbax"ın yarımmüdafiəçisi Rokko Rayts qarşıdan gələn transfer pəncərəsində komandadan ayrılacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə onun hazırkı klubunun mətbuat xidməti məlumat yayıb. 

"Borussiya"nın idman rəhbəri Ruven Şröder bu barədə açıqlama verib: 

"Rokko üçün əldə edəcəyimiz transfer haqqı "Borussiya"nın indiyə qədər yerli oyunçu üçün aldığı ən yüksək məbləğdir. Söz verə bilərəm ki, qalan hər oyunda, xüsusən də bu həftəsonu keçiriləcək derbidə əlimdən gələni edəcəyəm". 

Müqavilənin dəyərinin 20 milyon avro olacağı gözlənilir. 

Rayts bu mövsüm 27 matçda meydana çıxıb, 2 məhsuldar ötürmə edib, 6 sarı və 1 qırmızı vərəqə alıb.

Mirağa

Chosen
2
1
fanat.az

2Sources