EN

Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul

Bakı. Trend:

Bayram süfrəsində porsiya nəzarəti əsasən balans üzərindəqurulmalıdır. Süfrəyə oturarkən məqsəd bədənin ehtiyacınıdinləyərək yeməkdən zövq almaq olmalıdır.

Trend xəbər verir ki, bufikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində SəhiyyəNazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyevaçıqlayıb.

Onun sözlərinə görə əvvəlcə boşqabı çox doldurmamaq, az-azgötürüb ehtiyac olduqca artırmaq daha sağlam yanaşmadır: “Beyintoxluq siqnalını təxminən 15–20 dəqiqəyə verdiyi üçün tələsmədənyemək porsiyanın avtomatik olaraq artmasının qarşısını alır vəartıq yemədən doymağı asanlaşdırır. Bayram süfrələrində çeşid çoxolduğuna görə hər yeməkdən mütləq dadmaq məcburiyyəti yoxdur. Dahaçox sevdiyin və bədəni qidalandıran yeməklərə üstünlük vermək,digərlərindən isə sadəcə dadımlıq götürmək kifayətdir. Yağlı,qızardılmış və ağır xörəklərlə boşqabı tam doldurmaq əvəzinətərəvəz, salat və nisbətən yüngül yeməklərlə balans yaratmaqporsiya nəzarətini xeyli asanlaşdırır. Bu həm mədənin yüklənməsininqarşısını alır, həm də bayramdan sonra yaranan ağırlıq hissiniazaldır”.

Mütəxəssis-ekspert bildirib ki, şirniyyat məsələsində də eyniyanaşma vacibdir: “Böyük dilimlər yerinə kiçik pay seçmək və birneçə növdən az miqdarda dadmaq həm psixoloji olaraq “özümüsaxladım” hissi yaratmır, həm də ümumi şəkər və kalori qəbulununəzarətdə saxlayır. Şirniyyatı ac qarına yox, yeməkdən sonra və yaçayla birlikdə yemək qan şəkərinin daha stabilləşməsinə kömək edir.Maye qəbulu da porsiya nəzarətində gizli rol oynayır. Yeməkdənəvvəl və yemək zamanı kifayət qədər su içmək toxluq hissiniartırır, insanın ehtiyacından artıq yeməsinin qarşısını alır. Eynizamanda, qazlı və şəkərli içkilər iştahanı artıra bildiyi üçünonları məhdud saxlamaq daha məqsədəuyğundur. Ümumilikdə bayramsüfrəsində porsiya nəzarəti qadağalarla deyil, diqqətli seçim,yavaş yemək və bədəni dinləməklə mümkün olur. Bu zaman bayramgünlərində sağlamlıq qorunur”.

Məqalədə:
Chosen
11
6
az.trend.az

7Sources