EN

Müctəba Xamenei hava hücumu zamanı ölümdən son anda xilas olub - KİV

İranın yeni Ali Lideri Müctəba Xamenei fevralın 28-də baş verən hava hücumu zamanı ölümdən son anda xilas olub.

Missiya.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Xamenei hücumdan qısa müddət əvvəl binanı tərk edib. Mənbənin sözlərinə görə, o, həyətə çıxdıqdan sonra geri qayıdarkən binaya raket zərbəsi endirilib.

“Bu, Allahın iradəsi idi: Müctəba hansısa bir iş üçün həyətə çıxmalı və sonra qayıtmalı idi. O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxarkən binaya raket dəyib”, – deyə nəşr yazıb.

Qeyd olunub ki, hadisə nəticəsində onun həyat yoldaşı və oğlu həlak olub.

Seyranə QuliyevaMissiya.Az

Chosen
44
missiya.az

1Sources