EN

Doğma yurda qayıdışın sevinc sədaları: Azad edilmiş ərazilərdə növbəti fləşmob keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdəki Xüsusi Nümayəndəliklərinin dəstəyi ilə "Böyük Qayıdış"ın ruhunu əks etdirən növbəti fləşmob keçirilib.

Bu barədə Publika.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdikcə, illərdir vətən həsrəti ilə yaşayan sakinlərin öz doğma yurdlarına qayıdışı böyük tarixi hadisəyə çevrilir.

Qarabağ və Şərqi Zəngəzuru əhatə edən bu aksiya çərçivəsində öz evlərinə geri qayıtmış keçmiş məcburi köçkünlər yaşadıqları qürur və sevinc hisslərini çatdırıblar. Videoda Qarabağ və Şərqi Zəngəzurda yaşayan sakinlə yeni həyatın başlanğıcını tərənnüm edən sloqanlar səsləndiriblər.

Chosen
39
10
publika.az

10Sources