EN

“Xankəndi” bu məşqçi ilə VİDALAŞDI

II Liqada çempionluğa əsas namizəd olan “Xankəndi” baş məşqçisi İbrahim Uzunca ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, işlərinin çoxluğu səbəbindən yanvarın 6-da əsas komandadakı işindən ayrılan mütəxəssis klubun Futbol Akademiyasında koordinator təyin olunmuşdu.
 

Amma onun buradakı fəaliyyəti də qısa çəkib. Uzunca bundan sonra “Bakı Karagümrük” futbol məktəbində çalışacaq.


Qeyd edək ki, İbrahim Uzunca 2025-ci ildə “Xankəndi”ni Region Liqasından II Liqaya yüksəldib.

O, karyerası ərzində Azərbaycanda “Lokomotiv” (Biləcəri), “Bakı”, “Şahdağ” (Quba), “Xan Lənkəran” və “Dinamo” klublarında baş məşqçi kimi çalışıb. Türkiyədə isə o, “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Gençlik”, “Kadirli Demir”, “Mimaroba (Küçükçekmece SK)” və “Osmaniyespor” klublarında fəaliyyət göstərib.

Bizim.Media

Chosen
69
1
bizim.media

10Sources