EN

Qarabağ DOST Evi benefisiarlarının sayı 100-ü ötüb - FOTO

Bərdədəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən filialın ümumi benefisiar sayı 106 nəfərə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi filialına növbəti qəbul prosesi keçirilib. Bərdə rayonu və Tərtər şəhəri üzrə müraciət edən həssas əhali qruplarına aid 43 vətəndaşın bacarıqları Qiymətləndirmə Komissiyası tərəfindən nəzərdən keçirilib.
 
Yaradıcılıq potensialı müsbət qiymətləndirilən 40 nəfər müəssisədə müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb edilib.
 
Onlar xalçaçılıq, toxuma və tikmə, floristika, təsviri incəsənət, bədii oyma, kulinariya və musiqi istiqamətləri üzrə peşəkar təlimlərdə iştirak edərək öz bacarıqlarını təkmilləşdirirlər. Benefisiarlar həmçinin fəal şəkildə müxtəlif sərgi və konsert layihələrində çıxış edərək yaradıcılıqlarını nümayiş etdirirlər.
 
Qarabağ “DOST Evi”nin xidmətlərindən əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvləri yararlana bilərlər.
Chosen
30
4
moderator.az

5Sources