EN

Cəlal oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatının 25-ci turunda qələbə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda öz meydanında “Dobrudza”nı 2:0 hesabı ilə məğlub edib. Ehtiyatdan oyuna başlayan Cəlal Hüseynov 75-ci dəqiqədə meydana daxil olub.

Bu qələbə ilə xallarını 35-ə çatdıran “Arda” 8-ci pilləyə yüksəlib.

Chosen
46
idmanxeber.az

1Sources