EN

Zelenskidən Netanyahuya müraciət: Ona lazım olan məndə var

Tehran "Şahed" PUA-larını Moskvaya tədarük edib, Rusiya isə daha sonra onların təkmilləşdirilməsi və uyğunlaşdırılmasında İrana kömək göstərib...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski The Jerusalem Posta müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna əvvəldən bu tədarükləri dayandırmağa çalışıb və Tehrana açıq şəkildə xəbərdarlıq edib ki, bu silahlar mülki əhaliyə qarşı istifadə olunacaq. Zelenskinin sözlərinə görə, İran rəsmiləri Rusiyaya yardım etdiklərini inkar edir və tədarüklərin miqyasını kiçiltməyə çalışırdılar:

"Onlar dedilər: "Yaxşı, biz burada müttəfiq deyilik. Biz ruslara müəyyən sayda "Şahed" satmışıq, təxminən 1200 və ya 1300 ədəd və bu qədər". Amma bu, doğru deyildi. Əlbəttə, onlar yalan danışdılar".

O əlavə edib ki, Rusiya İranın təşəbbüsü ilə yalnız "Şahed"lərin deyil, həm də digər, daha ucuz variantların öz istehsalını qurub. Rusiyanın İrana modernləşdirilmiş "Şahed"lər və ya texniki biliklər verib-vermədiyi ilə bağlı sualı Zelenski tərəddüd etmədən cavablandırıb: "Bəli, buna əminəm".

Zelenski bildirib ki, Ukrayna artıq bu təhlükə ilə üzləşən ölkələrə kömək etməyə çalışır. O qeyd edib ki, Ukrayna ölkələrin hava hücumundan müdafiə sistemlərini qiymətləndirmək və "Şahed"lərə qarşı mübarizədə dəstək olmaq üçün üç qrup hərbi ekspert göndərib.

"Hazırda üç qrup artıq oradadır. İndi isə ölkələr özləri qərar verməlidir ki, bizim təcrübəmizdən necə istifadə etsinlər", deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukraynanın rolu yalnız müdafiə xarakterlidir: "Onlar bizə hava hücumundan müdafiə məsələlərində ekspert yardımı üçün müraciət ediblər. Söhbət hücumdan yox, müdafiədən gedir".

Zelenski "Şahed" təhlükəsini beynəlxalq ictimaiyyətin Rusiya lideri Vladimir Putini dayandıra bilməməsi ilə əlaqələndirib: "Təəssüf ki, dünyada Putini həqiqətən dayandıra biləcək güc görmürük".

Mövcud vəziyyəti nəzərə alaraq, Zelenski əmin olduğunu bildirib ki, Putin və İran bu təhlükəni birlikdə yaradıblar.

İsrailin baş naziri Benyamin Netanyahu ilə mümkün əlaqə barədə suala cavab verən Zelenski bildirib ki, İsrail tərəfi onunla danışıq təşəbbüsü ilə çıxış edib və o buna hazırdır: "Onun məndə lazım olanı var, mənim isə onda lazım olanım var. Buna görə də bu dialoqa hazıram".

Dünən siyasətçi və diplomat Roman Bezsmertnı bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi və İranın İsraillə qarşıdurması eyni qarşıdurmanın iki cəbhəsidir.

Diplomat qeyd edib ki, əgər Qərb Ukrayna və İsrailə dəstək üçün qərarların koordinasiyasına başlamasa və məhdud resurslardan səmərəli istifadə etməsə, bu ölkələr üçün müharibələr xeyli uzana bilər.

Poliqon.info

Chosen
31
poliqon.info

1Sources