EN

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

BAKI, 17 mart. TELEQRAF

FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.

Teleqraf xəbər verir ki, ona bu matçda Zeynal Zeynalov, Akif Əmirəli və Elçin Məsiyev kömək edəcək.

VAR hakimləri isə Niderlanddan Jeroen Manşot və həmyerlimiz Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək.

Chosen
35
teleqraf.com

1Sources