EN

Bakıda motosikletlə BYD toqquşdu: ölən var

Bakının Sabunçu rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Ramil Qafar oğlu Tağıyevin idarə etdiyi motosikletlə BYD markalı avtomobil toqquşub.

Xəstəxanaya yerləşdirilən motosiklet sürücüsü orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Chosen
12
10
nocomment.az

10Sources