EN

ABŞ-nin Bağdaddakı səfirliyinə növbəti hücum

İraqın hava hücumundan müdafiə qüvvələri Bağdaddakı Amerika səfirliyinə doğru uçan pilotsuz təyyarəni zərərsizləşdirib.

News365.az xəbər verir ki, bu barədə "Al Jazeera" televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, diplomatik nümayəndəliyin binası yaxınlığında partlayış səsi eşidilib.

Bundan əvvəl isə Avropa İttifaqı və Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliklərinin yerləşdiyi "Əl-Rəşid" hotelinin yuxarı mərtəbələrinə pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. Qeyd olunub ki, sözügedən bina xarici və dövlət obyektlərinin yerləşdiyi Yaşıl Zonanın ərazisindədir.

İraq Ordusunun Ali Komandanının sözçüsü Sabah əl-Numan "Facebook" səhifəsində bildirib ki, hüquq-mühafizə orqanlarına hücumları araşdırmaq və məsul şəxsləri müəyyən etmək tapşırılıb.

ABŞ-nin Bağdaddakı səfirliyi isə vətəndaşlarını dərhal ölkəni tərk etməyə və diplomatik nümayəndəliyin və Ərbildəki konsulluğun yerləşdiyi əraziyə getməkdən çəkinməyə çağırıb.

Səfirliyin rəsmi saytında həmçinin ABŞ vətəndaşlarını İraqa səyahət etməmək tövsiyə olunub. Diplomatik missiyanın məlumatında qeyd edilib ki, onların yerləşdiyi ərazi dəfələrlə müxtəlif terrorçu qruplar tərəfindən hədəfə alınıb.

Chosen
15
3
news365.az

4Sources