EN

ABŞ nin aparıcı universitetlərində təhsil alan azərbaycanlı gənclər bir araya gəliblər

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-də səfərdə olan əməkdaşları Bostonda bir qrup azərbaycanlı tələbə və gənclərlə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş Harvard Universitetində yeni fəaliyyətə başlayan Azərbaycanlı Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

Massaçusets Texnologiya İnstitutunun, Boston, Şimal-Qərb və Saffolk universitetlərinin tələbələrinin iştirak etdiyi görüşdə xaricdə yaşayan soydaşlarımızla qurulan əlaqələr barədə məlumat verilib. Diaspor Gənclərinin Yay Düşərgələrinin, forumlarının, “Diaspor Gəncləri 1+1” proqramının əhəmiyyəti diqqətə çatdırılıb.

Tələbələr təhsil aldıqları universitetlərin ictimai və akademik fəaliyyətləri, diaspor mühitində qazandıqları təcrübələr və yeni təşəbbüslər barədə danışıblar. Ayrı-ayrı təhsil ocaqlarında təhsil alan tələbələr bütün azərbaycanlı gəncləri birgə fəaliyyətə dəvət ediblər.

Gənclər, həmçinin diaspor fəaliyyətinin daha səmərəli təşkili və əlaqələrin gücləndirilməsi yolları barədə müzakirə aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
azertag.az

1Sources