EN

Dron hücumundan sonra BƏƏ-nin ən iri qaz yatağında hasilat dayandırılıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində pilotsuz uçuş aparatının törətdiyivə yanğına səbəb olan hücumdan sonra Əbu-Dabi administrasiyası“Şah” adlı iri qaz yatağında işləri dayandırıb. Dəymiş ziyanınqiymətləndirilməsi başa çatana qədər hasilat işləriaparılmayacaq.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Operatorun - “Abu Dhabi National Oil Company” (ADNOC) dövlətşirkətinin - verdiyi məlumata görə, Əbu-Dabidən təxminən 180kilometr cənub-qərbdə yerləşən “Şah” qaz yatağı dünyanın ən iriyataqlarından biridir və sutkada 1,28 milyard standart kub fut qazhasil etmək gücünə malikdir.

Mətbuat xidmətinin məlumatına əsasən, yanğın lokallaşdırılıb,xəsarət alan yoxdur.

Münaqişə ərzində İran tərəfindən Birləşmiş Ərəb Əmirliklərininenerji və nəqliyyat infrastrukturu dəfələrlə hücumlara məruzqalıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Chosen
14
1
az.trend.az

2Sources